Darmadağında iştirak etdi, 300-ə çatdı

Almaniya Bundesliqasının 15-ci turunda “Bavariya”nın “Verder”ə 6:1 hesabıyla qalib gəldiyi oyun Münhen klubunun futbolçusu Jerom Boatenq üçün əlamətdar olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi, münhenlilərin heyətində 300-cü oyununu keçirib.

2011-ci ildə “Mançester Siti”dən “Bavariya”ya transfer olunan almaniyalı futbolçu, keçirdiyi 300 oyunda 8 qol, 22 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 14 qarşılaşmada iştirak edib.