Lövə əvəzləyici tapıldı

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Almaniya yığmasını çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Almaniya milli komandasında son İspaniya məğlubiyyətindən sonra baş məşqçi Yoahim Lövün yığmadakı gələcəyi sual altındadır. Löv baş məşqçi postundan göndərilsə, bu vəziyəfə Flikin təyin olunacağı gözlənilir.

Flik “Bavariya”dan əvvəl Almaniya yığmasında Lövün köməkçisi idi.

Almaniya millisi dünən UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İspaniyaya 0:6 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button