Flik “Bavariya”dan ayrıla bilər

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə münasibətlərinin pis olması üzündən ayrıla biləcəyi qeyd olunub.

Flikin həm də, Almaniya yığmasına baş məşqçi təyin olunacağı gözlənilir.

2019-cu ildən “Bavariya”nı çalışdıran 55 yaşlı mütəxəssisin müqaviləsi 2023-cü ilin yayına qədərdir.