Noyer İngiltərə klubuna keçir?

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Çelsi” 34 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Əsas qapıçısı Kepa Arrisabalaqanın çıxışından razı olmayan və cari mövsümün sonunda onu satışa çıxaracaq London klubu, boşluğu Noyerlə doldurmaq niyyətindədir.

“Bavariya”nın Noyerlə yeni sözləşmə ilə bağlı apardığı danışıqlar uğursuz olub. Tərəflər arasında razılıq əldə olunmasa, “zadəganlar” alman qapıçını yayda heyətinə qatacaq.

2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Noyerin klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.