“Bavariya”dan Koutinyo ilə bağlı yekun qərar – RƏSMİ

Almaniya çempionu “Bavariya” “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı hücumameylli yarımmüdafiəçinin birdəfəlik alınması gözlənilsə də, son anda bu hüquqdan istifadə etməməyə qərar verilib. Beləliklə, o, müqavilə ilə məxsus olduğu “Barselona”ya qayıdıb.

Qeyd edək ki, Koutinyo ötən mövsümün əvvəlindən “Bavariya”da icarə əsasında çıxış edirdi. Braziliyalı futbolçu 2018-ci ildə “Liverpul”dan Kataloniya klubuna transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button