“Ayaks”ın qapısı ona həmişə açıqdır” – Overmars

“Bavariya”dan ayrılmaq niyyətində olan Tomas Müller karyerasını Hollandiyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Ayaks” klubunun idman direktoru Mark Overmars, Mülleri komandada görməkdən məmnun olacaqlarını deyib:

“Mənə görə, Tomas Müller “Bavariya”ya uyğundur. Ancaq istəsə, ayrıla bilər. “Ayaks”ın qapısı ona həmişə açıqdır”.

Bu mövsüm az şans qazanan Müller, “Bavariya”dan ayrılmaq niyyətindədir.