“Bavariya”dan yeni müqavilə – 2029-cu ilədək

Almaniyanın “Audi” şirkəti “Bavariya” ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, tərəflər arasında yeni – 4 illik müqavilə imzalanıb. Bu barədə Münhen klubunun saytı məlumat verib.

Bildirilir ki, klubla şirkət arasında 2025-ci ilədək nəzərdə tutulan müqavilənin müddəti 2029-cu ilədək uzadılıb.

“Bavariya” ilə “Audi” şirkəti 2002-ci ildən əməkdaşlıq edir.