“Bavariya”dan tarixi rekord

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Zalsburq”a (Avstriya) 6:2 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, Münhen klubu bu oyunda rekorda imza atıb. Belə ki, Almaniya təmsilçisi oyunun son 15 dəqiqəsində 4 qol vurub. “Bavariya” turnirdə bu uğuru əldə edən ilk komandadır.

Üç turdan sonra 9 xal toplayan “Bavariya” qrupun lideridir.