“Bavariya” yarımmüdafiəçisini geri qaytardı

“Bavariya” “Hamburq”a icarəyə verdiyi yarımmüdafiəçisi Adrian Faynı geri qaytarıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı alman futbolçu mövsümün əvvəlindən “Hamburq”da icarədə idi. 2018/19 mövsümündə də “Yan Regensburq”da icarədə oynamış futbolçu “Bavariya”nın düşərgəsinə dönən kimi ona yeni müqavilə təklif olunub. Belə ki, tərəflər müddəti 2023-cü ildə başa çatacaq yeni müqaviləyə imza atıblar.

Fayn yeni mövsümdən yetirməsi olduğu Münhen təmsilçisinin uğurları üçün çalışacaq. Baş məşqçi Hansi Flik onu sərəncamında görmək istədiyini bildirib. Bu üzdən də Almaniyanın gənclərdən ibarət yığmasının üzvü “Bavariya”nın yeni transferləri olan Leroy Sane, Aleksandr Nübel və Tanqi Nyanzu ilə birgə məşqlərə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button