“Bavariya” yarımmüdafiəçisi ilə anlaşdı

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Tyaqo Alkantara ilə yeni müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumatda, klubun 28 yaşlı futbolçuya yeni müqavilə təklif etdiyi bildirilib. Alkantaranın da komandada qalmaq istədiyi və tərəflər arasında danışıqların aparıldığı deyilir. Yeni müqavilə ilə bağlı razılığın əldə olunduğu, sadəcə bir neçə məsələ üçün müzakirələrin davam etdiyi bildirilir.

2013-cü ildən “Bavariya”nın şərəfini qoruyan Alkantaranın klubla hazırkı müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button