“Volfsburq”dan darmadağın

Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edib. Açılış matçında Dortmund “Borussiya”sı səfərdə “Köln”lə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların inamlı qələbəsiylə başa çatıb.

İlk turda “Herta” ilə 2:2 hesablı heç-heçə edən “Bavariya” “Şalke”nin qonağı olub. Münhen təmsilçisi Robert Levandovskinin het-triki sayəsində bu oyunda darmadağına sevinib.

“Hoffenhaym” “Verder”lə ev oyunundan qalib ayrılıb. “Auqsburq” – “Yunion” matçında qalib müəyyənləşməyib. “Fortuna” evdə “Bayer”ə, “Maynts” Münhenqladbax “Borussiya”sına, “Paderborn” isə “Frayburq”a eyni hesabla (1:3) uduzub.

Son oyun günündə “Leyptsiq” “Ayntraxt”la ev oyunundan qalib ayrılıb. Səfərdə “Herta” ilə qarşılaşan “Volfsburq” isə darmadağınla qalib gəlib.

Almaniya Bundesliqası, 2-ci tur

23 avqust

Köln – Borussiya D 1:3
Qol
: Dreksler, 29 – Sanço, 70. Hakimi, 86. Alkaser, 90+4.

24 avqust

Auqsburq – Yunion 1:1
Qol
: Varqas, 59 – Andersson, 80.

Fortuna – Bayer 1:3
Qol
: Morales, 82 – Baker, 6-öz qapısına. Aranquiz, 33. Bellarabi, 39.

Hoffenhaym – Verder 3:2
Qol
: Biçakçiç, 54. Bebu, 59. Kaderabek, 87 – Fullkruq, 42. Osak, 81.

Maynts – Borussiya M 1:3
Qol
: Kayson, 18 – Layner, 31. Plea, 77. Embolo, 79.

Paderborn – Frayburq 1:3
Qol
: Mamba, 3 – Valdşmit, 21. Petersen, 30. Ç.Hun, 90.

Şalke – Bavariya 0:3
Qol
: Levandovski, 20-pen; 50; 75.

25 avqust

Leyptsiq – Ayntraxt 2:1
Qol
: Verner, 10. Poulsen, 80 – Pasiensia, 89.

Herta – Volfsburq 0:3
Qol
: Veqorst, 9. Brekalo, 82. Roussilyon, 90+1.

Bombardir: Robert Levandovski (Bavariya) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button