“Bavariya” Robbenə əvəzləyici tapdı

“Bavariya” mövsümün sonunda komandadan ayrılacaq Aryen Robbenə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Marsel”in üzvü Florian Tovenlə yaxından maraqlanır. Bu Barədə Fransa mətbuatı məlumat yayıb.

“Bavariya”nın yayda Toven üçün “Marsel”lə ilkin danışıqlara başlayacağı gözlənilir.

26 yaşlı hücumçu Liqa 1-də bu mövsüm 23 qarşılaşmada iştirak edərək, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Münhen təmsilçisinin “Lill”in hücumçusu Nikolya Pepe ilə də yaxından maraqlandığı iddia edilir.

Bir müddət əvvəl “Bavariya”da, mövsümün sonunda Aryen Robben və Frank Riberinin komandadan ayrılacağı açıqlanıb.