“Bavariya” rekordunu təzələdi: 23-cü dəfə…

“Bavariya” Almaniya kubokunun yarımfinalında “Verder”i məğlub edərək (3:2), finala yüksəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi klub tarixində 23-cü dəfə kubokda finala vəsiqə qazanıb. “Bavariya” bununla da şəxsi rekordunu yeniləyib. Komanda turnir tarixində finala ən çox vəsiqə qazanan klub ünvanını qoruyub. Münhenlilər 23 finaldan 18-ni qazanıb.

“Bavariya” kubokun finalında “Leyptsiq”lə qarşılaşacaq. Oyun mayın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button