Bundesliqada qonaqların günü

Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış oyununda Frankfurt “Ayntraxt”ı “Yunion” səfərinə yollanıb. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

“Bavariya” bu turda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Paderborn”u sınağa çəkib. Münhen klubu beş qolun qeydə alındığı bu görüşdən çətin qələbə ilə ayrılıb. Dortmund “Borussiya”sı isə “Verder”lə üz-üzə gəlib. Dörd oyunluq qarşılaşmada qalib müəyyənləşməyib.

Son oyun günündə iki görüş baş tutub. “Fortuna” doğma meydanda “Frayburq” uduzub. “Herta” isə səfərdə “Köln”ü 4 cavabsız qolla məğlub edib.

Almaniya Bundesliqası, 6-cı tur

27 sentyabr

Yunion – Ayntraxt 1:2
Qol
: Ujah, 86 – Dost, 48. A.Silva, 62.

28 sentyabr

Auqsburq – Bayer 0:3
Qol
: Nyederlexner, 34-öz qapısına. Volland, 76. Haverts, 84.

Hoffenhaym – Borussiya M 0:3
Qol
: Plea, 43. Turam, 65. Noyhaus, 83.

Maynts – Volfsburq 0:1
Qol
: Tisserand, 9.

Paderborn – Bavariya 2:3
Qol
: Proger, 68. Kollins, 84 – Qnabri, 15. Koutinyo, 55. Levandovski, 79.

Leyptsiq – Şalke 1:3
Qol
: Forsberq, 83 – Sane, 29. Harit, 43. Matondo, 58

Borussiya D – Verder 2:2
Qol
: Gotse, 9. Roys, 41 – Raşiça, 7. Friedl, 55.

29 sentyabr

Fortuna – Frayburq 1:2
Qol
: Henninqs, 42 – Şmid, 45. Valdşmidt, 81.

Köln – Herta 0:4
Qol
: Dilrosun, 23. İbişeviç, 58; 62. Boyata, 83.

Bombardir: Robert Levandovski (Bavariya) – 10 qol.