“Bavariya”dan xal itkisi

Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Auqsburq” “Bayer”lə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına seviniblər.

Şənbə günü altı görüş baş tutub. Dortmund “Borussiya”sı “Şalke” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı derbidə Dortmund təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib. “Fortuna” “Verder”i, “Leyptsiq” “Frayburq”u, “Hannover” “Maynts”ı, “Ştutqart” Münhenqladbax “Borussiya”sını məğlub yola salıb. “Ayntraxt” – “Herta” matçında isə hesab açılmayıb.

Lider “Bavariya” bu tur səfərdə “Nürnberq”lə üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb. Son günün digər oyununda “Volfsburq” səfərdə “Hoffenhaym”a böyük hesabla qalib gəlib.

Almaniya Bundesliqası, 31-ci tur

26 aprel

Auqsburq – Bayer 1:4
Qol
: Danso, 12 – Volland, 15. Haverts, 48. Ta, 60. Brandt, 88.

27 aprel

Borussiya D – Şalke 2:4
Qol
: Qotse, 14. Vitsel, 84 – Kaliqiuri, 18; 62. Sane, 28. Embolo, 86.

Fortuna – Verder 4:1
Qol
: Raman, 1. K.Karaman, 23. Henninqs, 56. Suttner, 73 – M.Kruse, 28-pen.

Ayntraxt – Herta 0:0

Hannover – Maynts 1:0
Qol
: Veydandt, 66.

Leyptsiq – Frayburq 2:1
Qol
: Verner, 19. Forsberq, 78-pen – Qrifo, 66.

Ştutqart – Borussiya M 1:0
Qol
: Donis, 56.

28 aprel

Hoffenhaym – Volfsburq 1:4
Qol
: Salai, 9 – Villiam, 41. Veqorst, 69; 88. Arnold, 85.

Nürnberq – Bavariya 1:1
Qol
: M.Pereyra, 48 – Qnabri, 75.

Bombardir: Robert Levandovski (Bavariya) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button