“Bavariya” Noyersiz qaldı

“Bavariya” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin əsas qapıçısı Manuel Noyer xəstəlikdən əziyyət çəkir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 33 yaşlı qolkiper Bundesliqanın 22-ci turu çərçivəsində qarşılaşacaqları “Köln”lə oyunu buraxa bilər. “Bavariya”nın kapitanı olan futbolçu xəstəlik səbəbindən son məşqlərdə də iştirak edə bilmir.

“Köln” – “Bavariya” matçı fevralın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button