“Bavariya” Messiyə yox, “Barselona”ya qarşı mübarizə aparacaq” – Flik

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun keyfiyyətləri barədə danışan Flik, Lionel Messinin Robert Levandovski ilə müqayisəsinə də toxunub:

“Barselona”ya hörmət edirik, son bir neçə ildə Çempionlar Liqasında dominantlıq edirlər. Bu klub bütün dünyanın heyran qaldığı komandadır. Heyətində əla futbolçular var. Rəqibin güclü nöqtələrini bilirik. Planımız var və işə yarayacağına ümid edirik.

Levandovski ilə Messini müqayisə edə bilməzsiz. Lionel son illərdə dünyanın ən yaxşısıdır. “Bavariya” Messiyə yox, “Barselona”ya qarşı mübarizə aparacaq”.

“Barselona” – “Bavariya” oyunu bu gün, saat 23:00-da start götürəcək.