“Liverpul”un istədiyi futbolçuyla bağlı qərar verildi

“Bavariya” bir müddətdir adı “Liverpul”la yanaşı çəkilən futbolçusu Tyaqo Alkantara ilə bağlı qərarını verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı yarımmüdafiəçini satmağa hazırdır. Klub futbolçunun transfer qiymətini də müəyyənləşdirib. “Bavariya” 30 milyon avro müqabilində Alkantaranın komandadan ayrılmasına razı olacaq.

Daha əvvəl “Liverpul”un ispan futbolçu ilə şəxsi razılıq əldə etdiyi bildirilmişdi.

Alkantaranın “Bavariya” ilə müqaviləsi gələn ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button