“Bavariya” Kovaçı istefaya göndərdi

Almaniya çempionu “Bavariya” baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın Bundesliqanın 10-cu turu çərçivəsində səfərdə Frankfurt “Ayntraxt”ına 1:5 hesablı məğlubiyyəti səbəb göstərilir. Lakin bu qərara komandanın bütövlükdə cari mövsümə uğursuz start verməsinin də təsiri böyükdü.

Münhen təmsilçisini UEFA Çempionlar Liqasında “Olimpiakos” (Yunanıstan) və Bundesliqada “Borussiya” (Dortmund) ilə oyunlara Kovaçın köməkçisi Hansi Flikin çıxaracağı bildirilir.

Kovaç 2018-ci ildən “Bavariya”nı çalışdırırdı. Sözügedən komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Almaniya çempionu olub, ölkə kubokunu və superkubokunu qazanıb.

Qeyd edək ki, “Bavariya” ölkə çempionatında 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button