“Bavariya” koreyalılarla əməkdaşlığa başladı

Almaniyanın “Bavariya” klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi Cənubi Koreya Futbol Federasiyasıyla əməkdaşlığa başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bavariya” futbolçuları və məşqçiləri üçün Cənubi Koreyada tətbiq olunacaq xüsusi proqram hazırlayacaq. Müqavilədə birgə təlim-məşq toplanışları, yoxlama oyunları və mübadilə işləri nəzərdə tutulub.

“Bavariya” 2018-ci ilin mayında Yaponiya Futbol Federasiyasıyla da əməkdaşlığa başlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button