“Bavariya” rəsmisi Perişiçdən danışdı: Qalır, yoxsa gedir?

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge icarə əsasında komandada çıxış edən, müqavilə ilə İtaliya “İnter”inə məxsus olan İvan Perişiçlə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rummenigge, xorvatiyalı futbolçunun transfer hüquqlarını almaq üçün “İnter”ə hələ təklif göndərmədiklərini deyib:

“Perişiçlə bağlı hələ qərar verməmişik. Onun transfer hüquqlarını alıb-almayacağımız bilinmir. Onun üçün bir transfer qiyməti müəyyən etməliyik. Onu da qeyd etməliyəm ki, “Bavariya” ciddi maliyyə problemləriylə üzləşib”.

Almaniya mətbuatının xəbərinə görə, Perişiç müqavilə ilə məxsus olduğu “İnter” klubuna qayıdacaq.

Ötən ilin yayında icarə əsasında “Bavariya”ya keçən Perişiç, Bundesliqada bu mövsüm 22 oyunda 4 qol vurub. Yarımmüdafiəçinin almanlarla müqaviləsi avqustun 31-nə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button