“Bavariya”da dekabrın ən yaxşısı

“Bavariya” klubunda dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, Alfonso Deyvisdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 41 faiz səslə qalib olub.

Deyvis, “Bavariya” ilə dekabrda çıxdığı 5 oyunda 1 məhsuldar ötürmə edib.