“Bavariya”nın müdafiəçisi sıradan çıxdı

“Bavariya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Lukas Hernandes sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi “Bavariya”nın Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”u məğlub etdiyi oyunda (3:2) zədələnib.

Hernandesin tam sağalma müddəti açıqlanmasa da, müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button