“Bavariya” keçmiş futbolçusunu geri qaytarır

“Yuventus”un hücumçusu Mario Mancukiçin Turin təmsilçisindən ayrılmağa hazırlaşdığını xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirməyə hazırlaşır. “Bavariya” Mancukiçi icarə əsasında bir illik heyətinə qatmaq niyyətindədir. Tərəflər arasında bir il sonra 15 milyon avro müqabilində transfer etmək şərti ilə futbolçunun icarəsi üçün razılıq əldə olunduğu bildirilir.

“Yuventus”la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, son mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Xorvat futbolçu 2012-2014-cü illərdə “Bavariya”nın şərəfini qoruyub.