“Bavariya” Kanı təqdim etdi

“Bavariya”nın sabiq qapıçısı Oliver Kan Münhen təmsilçisinə qayıdıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, keçmiş qapıçı klubda idarə heyətinin üzvü vəzifəsinə gətirilib. 50 yaşlı mütəxəssis, 2021-ci ilədək idarə heyətinin sədri Karl-Haynts Rummeniggeyə kömək edəcək. 2021-ci ilin sonunda isə Rummeniggenin müqaviləsi başa çatacaq. 2022-ci ilin yanvarından Kan idarə heyətinin sədri olacaq.

Kan, 1994-2008-ci illər aralığında “Bavariya”nın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button