Superkubokun ən yaxşısı məlum oldu

“Bavariya” ilə “Sevilya” arasında baş tutan UEFA superkuboku matçının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Bavariya”nın qapıçısı Manuel Noyerdir. 34 yaşlı futbolçu qarşılaşmada bir neçə dəfə komandasını qoldan xilas edib.

UEFA superkubokunun qalibi “Sevilya”nı 2:1 hesabıyla məğlub edən “Bavariya” olub.