“Bavariya” darmadağına üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında Berlin “Herta”sı Frankfurt “Ayntraxt”ını qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Dortmund “Borussiya”sı “Auqsburq”un qonağı olub və meydanı məğlub tərk edib. “Bayer” isə doğma meydanda “Leyptsiq”i qəbul edib. Bu qarşılaşma da heç-heçə yekunlaşıb. Münhenlqadbax “Borussiya”sı da “Yunion”la görüşdən bərabərliklə ayrılıb. “Arminiya” “Köln”ü minimal hesabla məğlub edibsə, “Maynts” evdə “Ştutqart”a, “Şalke” də “Verder”ə uduzub.

İlk turda “Şalke”ni darmadağın edən “Bavariya” bu turda çətin “Hoffenhaym” səfərinə yollanıb. Münhen təmsilçisi beş qolun qeydə alındığı matçda gözlənilməz darmadağına üzülüb. “Frayburq” – “Volfsburq” matçında isə qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 2-ci tur

25 sentyabr

Herta – Ayntraxt 1:3
Qol
: Hinteregger, 78-öz qapısına – A.Silva, 30-pen. Dost, 37. Rode, 71.

26 sentyabr

Arminiya – Köln 1:0
Qol
: Edmunddson, 78.

Auqsburq – Borussiya D 2:0
Qol
: Uduoxai, 40. Kaliciuri, 54.

Borussiya M – Yunion 1:1
Qol
: Turam, 56 – Şlotterbek, 80.

Bayer – Leyptsiq 1:1
Qol
: K.Dəmirbay, 20 – Forsberq, 14.

Maynts – Ştutqart 1:4
Qol
: Kayson, 13 – Vamangituka, 45. Didavi, 61. Klimoviç, 80. Kaladciç, 86.

Şalke – Verder 1:3
Qol
: Ut, 90+3 – Fullkruq, 22; 37; 59-pen.

27 sentyabr

Hoffenhaym – Bavariya 4:1
Qol
: Biçakçiç, 16. Dabbur, 24. Kramariç, 77; 90+2 – Kimmix, 36.

Frayburq – Volfsburq 1:1
Qol
: Petersen, 11 – Brekalo, 42.

Bombardir: Andrey Kramariç (Hoffenhaym) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button