“Bavariya” futbolçusunu satdı

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bavariya”dan Marko Fridli transfer edib. Bu barədə “Verder”in rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Bavariya”nın yetirməsi olan avstriyalı futbolçu 2018-ci ilin yanvarından icarə əsasında “Verder”də çıxış edirdi. Fridl 21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button