“Bavariya” futbolçusuyla razılaşa bilmir

“Bavariya” klubu futbolçusu David Alabayla yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi artıq üçüncü dəfədir ki, avstriyalı müdafiəçi ilə razılığa gələ bilmir. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, tərəflər arasında olan danışıqların üçüncü dəfə uğursuz olduğu bildirilib.

Alabanın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.