“Bavariya” fransız müdafiəçi aldı

“Bavariya” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi Marsel “Olimpik”inin müdafiəçisi Buna Sarrı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında “20” nömrəli formanı geyinəcək.

“Bavariya” öz yarımmüdafiəçisi Mikael Kyuizansı da Marsel “Olimpik”inə icarəyə göndərib. 21 yaşlı fransız futbolçu mövsümün sonuna qədər Fransa klubunun uğurları üçün çalışacaq.

Daha öncə Münhenqladbax “Borussiya”sında oynamış Kyuizans “Bavariya”da 11 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.