“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Nürnberq” “Şalke”ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Hannover” doğma meydanda Münhenqladbax “Borussiya”sına, “Ştutqart” isə “Bayer”ə minimal hesabla məğlub olub. “Leyptsiq” “Volfsburq”u, “Verder” isə “Frayburq”u məğlub yola salıb. Dortmund “Borussiya”sı da “Maynts”la oyundan qalib ayrılıb.

Son oyun günündə üç görüş baş tutub. “Hoffenhaym” doğma meydanda “Herta”ya 2 cavabsız qolla qalib gəlib. “Ayntraxt” “Auqsburq”la ev oyununda məğlubiyyətə üzülüb. Lider “Bavariya” isə səfərdə “Fortuna”nı darmadağın edib.

Almaniya Bundesliqası, 29-cu tur

12 aprel

Nürnberq – Şalke 1:1
Qol
: Kubo, 82 – Nastasiç, 84.

13 aprel

Hannover – Borussiya M 0:1
Qol
: Raffael, 53.

Leyptsiq – Volfsburq 2:0
Qol
: Kampl, 16. Verner, 28.

Ştutqart – Bayer 0:1
Qol
: Haverts, 64-pen.

Verder – Frayburq 2:1
Qol
: Klaassen, 76. Selassie, 84 – Valdşmidt, 90.

Borussiya D – Maynts 2:1
Qol
: Sanço, 17; 24 – Kayson, 83.

14 aprel

Hoffenhaym – Herta 2:0
Qol
: Amiri, 29. Nelson, 76.

Fortuna – Bavariya 1:4
Qol
: Lukebakio, 89-pen – Koman, 15; 41. Qnabri, 55. Qoretska, 90.

Ayntraxt – Auqsburq 1:3
Qol
: Pasiensya, 14 – Rixter, 31; 45. Qreqoritş, 84.

Bombardir: Roberto Levandovski (Bavariya) – 21 qol.