“Bavariya” finala ciddi itkilərlə çıxacaq

“Bavariya” Almaniya kubokunun finalında “Leyptsiq”ə qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq.

Komanda.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan yarımmüdafiəçi Leon Qoretska və müdafiəçi Coşua Kimmix bu vacib matçı buraxacaq. Bu barədə Münhen klubunun məbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Qoretskanın əzələsində problem var. Kimmix isə ailə məsələlərinə görə finalda iştirak edə bilməyəcək.

Final matçı mayın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button