Müller Çempionlar Liqasının tarixinə düşdü

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko” ilə “sülh bağlayıb” – 1:1.

Komanda.az xəbər verir ki, sözügedən səfər matçında Münhen klubunun qolunu vuran Tomas Müller Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb.

Alman hücumçu turnirdə ən çox qol vuran 10-cu futbolçu olub. Müllerin aktivində ÇL-də 47 qol var.

Çempionlar Liqası tarixinin bombardiri 131 qolla “Yuventus”un hücumçusu Kriştiano Ronaldodur.