“Bavariya” ilkə imza atdı

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Çelsi”ni məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən qarşılaşmada Münhen təmsilçisi yeni rekorda imza atıb. Belə ki, “Bavariya” Çempionlar Liqasında bu mövsüm ardıcıl 7-ci oyundur ki, qələbə qazanır.

“Bavariya” qrup mərhələsinin 6 oyununda da meydanı 3 xalla tərk etmişdi. Münhen təmsilçisi Almaniya klubları arasında ÇL-də ardıcıl 7 oyunda qələbə qazanan ilk komanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button