Levandovski – “Borussiya”nın qənimi

“Bavariya” Bundesliqanın 24-cü turunda Dortmund “Borussiya”sını 4:2 hesabıyla məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən Robert Levandovski yeni rekorda imza atıb.

Belə ki, polşalı hücumçu Bundesliqada “Borussiya”ya qarşı keçirdiyi 14 oyunda 20 qol vurub. Turnir tarixində daha əvvəl heç bir futbolçu “Borussiya”ya qarşı oyunlarda bu qədər qol vurmamışdı.

Levandovski bu mövsüm Bundesliqada 23 oyunda 31 qol vurub.