“Bavariya” istəyir – “Borussiya”dan ayrılan futbolçunu

Keçən mövsümün sonunda “Borussiya”dan ayrılan Mario Getse karyerasını Bundesliqanın digər klubunda davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund klubundan ayrıldıqdan sonra klubsuz olan futbolçu “Bavariya”ya keçə bilər. “Bavariya”nın baş məşqçisi Hans-Diter Flikin 28 yaşlı futbolçuyla danışıqlar apardığı bildirilir. Məlumata görə, Münhen klubu Getseyə 1+1 illik müqavilə təklif edib.