“Bavariya” “Borussiya” ilə oyuna ciddi itki ilə çıxacaq

Almaniyanın “Bavariya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara Bundesliqanın 28-ci turu çərçivəsində Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyunda komandasına kömək edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib: “Tyaqo zədəsini tam bərpa etməyib. Bu üzdən son məşqləri buraxıb. Təəssüf ki, “Borussiya” ilə oyunda iştirak etməyəcək”.

Qeyd edək ki, sabah keçiriləcək “Borussiya” – “Bavariya” matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.