“Ayntraxt” doğma meydanda uduzdu

Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında lider “Bavariya” turnir cədvəlinin son sırasında yer alan “Paderborn”u sınağa çəkib. Münhen təmsilçisi bu oyunda çətin qələbəyə sevinib.

Dortmund “Borussiya”sı bu turda çətin “Verder” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Leyptsiq” “Şalke”ylə, “Köln” isə “Herta” ilə səfər oyununda 5 cavabsız qolla qalib gəlib. “Hoffenhaym” isə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Bu oyunda heç-heçə qeydə alınıb.

Bazar günü “Bayer” doğma meydanda “Auqsburq” üzərində inamlı qələbəyə sevinibsə, “Volfsburq” “Maynts”ı darmadağın edib.

Turun qapanış matçında “Ayntraxt” doğma meydanda “Yunion”a məğlub olub.

Almaniya Bundesliqası, 23-cü tur

21 fevral

Bavariya – Paderborn 3:2
Qol
: Qnabri, 25. Levandovski, 70; 88 – Srbeni, 44. Miçel, 75.

22 fevral

Borussiya M – Hoffenhaym 1:1
Qol
: Ginter, 11 – Ribeyro, 90+2.

Frayburq – Fortuna 0:2
Qol
: Hoffmann, 37. Tommi, 61.

Herta – Köln 0:5
Qol
: Kordoba, 4; 22. Kaynts, 37; 62. Ut, 69.

Verder – Borussiya D 0:2
Qol
: Zaqadu, 52. Haland, 66.

Şalke – Leyptsiq 0:5
Qol
: Zabitser, 1. Verner, 61. Halştenberq, 68. Anxelinyo, 80. Forsberq, 89.

23 fevral

Bayer – Auqsburq 2:0
Qol
: Diabi, 25. Amiri, 59.

Volfsburq – Maynts 4:0
Qol
: Brekalo, 21. Şteffen, 45; 68. Gerhardt, 49.

24 fevral

Ayntraxt – Yunion 1:2
Qol
: Hubner, 79-öz qapısına – Andersson, 49. Ndika, 67-öz qapısına.

Bombardir: Robert Levandovski (Bavariya) – 25 qol.