“Bavariya” kubok matçına onsuz çıxacaq

“Bavariya” Almaniya kubokunun ilk turunda “Energi” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Bavariya”da Xavi Martines dizində olan yüngül ağrılar səbəbindən kubok matçının heyətinə daxil edilməyib.

“Energi” – “Bavariya” matçı bu gün, saat 22:45-də start götürəcək.