Koutinyo 5-ci oldu

“Bavariya” Almaniya Bundesliqasının 5-ci turunda “Köln”ü məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən matç Münhen təmsilçisinin futbolçusu Filippe Koutinyo üçün əlamətdar olub. Belə ki, “Köln”lə matçda qol vuran Koutinyo, futbol tarixində Avropanın 4 böyük liqasında fərqlənən 5-ci futbolçu olub.

Koutinyo, daha əvvəl “Liverpul”la İngiltərə Premyer Liqasında, “Barselona” ilə İspaniya La Liqasında, “İnter” ilə də İtaliya A Seriyasında fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button