“Bavariya”da yeni rekordçu

“Bavariya” Almaniya Bundesliqasının 28-ci turunda səfərdə Dortmund “Borussiya”sını minimal hesabla məğlub edib – 1:0.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan Yozua Kimmix yeni rekorda imza atıb.

Kimmix, “Borussiya” ilə matçda 13,73 km məsafə qət edib. Bu, “Bavariya”da 2013/14 mövsümündən bu yana Bundesliqada bir matçda qaçılan ən yüksək məsafədir.

“Bavariya”da 2013/14 mövsümündən etibarən futbolçuların matç zamanı qət etdiyi məsafələrin statistikası aparılır.