Riberi Bundesliqanın tarixinə düşdü

“Bavariya” Almaniya Bundesliqasında 2018/19 mövsümünün qalibi olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisindən ayrılan Frank Riberi Bundesliqanın tarixinə düşüb. Belə ki, fransız futbolçu Bundesliqa karyerasında 9-cu dəfə çempionluq yaşayıb. O, turnir tarixində ən çox çempion olan futbolçu ünvanını qazanıb.

2007-ci ildən “Bavariya”da forma geyinən Riberi, Münhen təmsilçisi ilə 9 dəfə Bundesliqada, 5 dəfə Almaniya kubokunda, 1 dəfə də Çempionlar Liqasında çempionluq yaşayıb.