“Başqa seçimimizin olmadığını hiss edirdik” – Van Dayk

UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində İtaliya yığması ilə 1:1 hesablı bərabərliyə razılaşan Niderland millisinin müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, futbolçu, göstərdikləri oyundan razı qaldığını bildirib:

“Bu oyunda çox çalışdıq, mütəşəkkil idik. Oyun ərzində yaxşı müdafiə olunmalı idik və xətlərarası əlaqə yüksək səviyyədə olmalı idi. Bəlkə də, ikinci hissədə daha çox epizodumuz ola bilərdi. Ümumilikdə yaxşı oyun göstərdik. Bu gün nəyə qadir olduğumuzu bilirik. Bunu meydanda da göstərməliyik.

Baş məşqçi taktiki sxemi dəyişmişdi. Bu barədə komanda üzvləri ilə əvvəldən danışmışdı. Başqa seçimimizin olmadığını hiss edirdik. Fərqli nələrsə sınamalı və nəticə əldə etməli idik, bunu da bacardıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button