“Real” “Barselona”nı məğlub edib, superkuboku qazandı

Basketbol üzrə İspaniya superkubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “Real” və “Barselona” komandaları üz-üzə gəliblər. “Real” Kataloniya təmsilçisini 88:83 hesabıyla məğlub edərək İspaniya superkubokunun qalibi olub.

“Kral klubu” tarixində 7-ci dəfə superkuboku qazanıb.