“Bursaspor”la “Konyaspor”dan heç-heçə

Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Fənərbaxça” azarkeşləri önündə “Göztəpə”ni qəbul edib. İstanbul klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Şənbə günü daha dörd görüş baş tutub. Səfərdə “Alanyaspor”la qarşılaşan “Qalatasaray” bu oyundan xal itkisi ilə ayrılıb. “Yeni Malatyaspor” – “Kayserispor” matçında da heç-heçə qeydə alınıb.

“Trabzonspor” evdə “Ankaragücü”ni minimal hesabla üstələyib. “Kasımpaşa” isə “Sivasspor”a məğlub olub.

Turnir cədvəlinin lideri “Başakşəhər” “Akhisarspor” səfərinə yollanıb və darmadağına sevinib. “Beşiktaş” isə bu turda “Antalyaspor”la üz-üzə gəlib. 8 qolun qeydə alındığı matçda İstanbul klubu böyük hesabla qalib gəlib.

Turun qapanış matçında “Bursaspor” doğma meydanda “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası, 20-ci tur

1 fevral

Fənərbaxça – Göztəpə 2:0
Qol: Ayyu, 7. Mozes, 73.

2 fevral

Yeni Malatyaspor – Kayserispor 1:1
Qol: Aleksiç, 19 – Kravets, 14.

Kasımpaşa – Sivasspor 1:3
Qol: Periça, 14 – E.Kılınc, 6. Kone, 66; 69.

Trabzonspor – Ankaragücü 1:0
Qol: Rodalleqa, 6.

Alanyaspor – Qalatasaray 1:1
Qol: Kampos, 45 – Fequli, 52.

3 fevral

Ərzurumspor – Rizəspor 0:1
Qol: Boldrin, 76.

Akhisarspor – Başakşəhər 0:3
Qol: Epureanu, 32. Robinyo, 40. Demba Ba, 90.

Antalyaspor – Beşiktaş 2:6
Qol: Doukara, 51. Çiko, 89 – Lyayiç, 35-pen. D.Tokz, 39. Hatçinson, 43. S.Dursun, 67-öz qapısına. Kaqava, 82; 84.

4 fevral

Bursaspor – Konyaspor 0:0

Bombardir: Mbaye Diane (Kasımpaşa/Qalatasaray) – 20 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button