“Başakşəhər”in yeni baş məşqçisi bilindi – RƏSMİ

Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqada geridə qalan mövsümü ikinci pillədə başa vuran və UEFA Çempionlar Liqasına vəsiqə qazanan İstanbul klubunu bundan sonra Okan Buruk çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah rəsmi müqaviləyə imza atacaqlar.

Okan Burukun son iş yeri Super Liqanın digər təmsilçisi “Rizəspor” olub. O, 18 kollektiv arasında 11-ci olan bu komandanı iki həftə öncə öz istəyi ilə tərk etmişdi.

“Başakşəhər”i isə son mövsümdə Abdulla Avcı çalışdırıb. O, “Beşiktaş”dan təklif aldığı üçün, bu klubdan ayrılmaq qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button