“Başakşəhər”də ciddi itki

Türkiyə çempionu “Başakşəhər” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa klubunun müdafiəçisi Martin Şkrtel ağır zədə alıb.

O, Türkiyə çempionatının 15-ci turu çərçivəsində “Kasımpaşa” ilə ev oyununda (2:2) sıradan çıxıb. Matçın 49-cu dəqiqəsində dabanından ağır zədə alan futbolçu meydanı xərəkdə tərk edib.

Klubdan verilən məlumata görə, Slovakiya yığmasının sabiq üzvünün zədəsi ciddidir. Futbolçunun ayağında qırıq aşkarlandığı üçün onun yaxın günlərdə əməliyyat olunacağı diqqətə çatdırılıb.

36 yaşlı mərkəz müdafiəçisinin bu zədəyə görə uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button