“Başakşəhər”dən Avstriya klubuna

Türkiyənin “Başakşəhər” klubu futbolçusu Migel Vieyranı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu Avstriyanın “Volfsberger” klubuna icarəyə verilib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi Avstriya klubunda çıxış edəcək.

“Başakşəhər” Migeli mövsümün əvvəlində İspaniyanın “Luqo” klubundan transfer etmişdi. Portuqaliyalı futbolçu vaxtilə “Pasuş de Ferreyra”, “Aves”, “Espinyo” və “Vila Mea” klublarında da oynayıb.