“Başakşəhər”də braziliyalı futbolçu

Türkiyə çempionu “Başakşəhər” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Julianonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Son olaraq Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış etmiş, hazırda azad agent statusu daşıyan futbolçu yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Juliano “Əl-Nəsr”dən öncə Türkiyədə “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Braziliya yığmasında da oynamış hücumameylli futbolçu, karyerası ərzində “Parana”, “İnternasional”, “Dnepr”, “Qremio” və “Zenit”də də çıxış edib.