“Başa düşmürəm, oyunu niyə təxirə salmadılar?” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”in yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya çempionatının 12-ci turu çərçivəsində keçirilən və skandala səbəb olan “Belenenseş” – “Benfika” oyunu ilə bağlı özünün “tvitter” səhifəsində paylaşım edib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu narazılığını ifadə edib:

“Bu nədir? Başa düşmürəm, oyunu niyə təxirə salmadılar?”

“Belenenseş” koronavirus səbəbindən “Benfika” ilə matça 9 futbolçu ilə çıxıb. Sonradan ev sahibləri meydanda 6 nəfərlə qaldığına görə baş hakim oyunu yarımçıq dayandırıb və “Belenenseş”ə məğlubiyyət verilib.